Erməni təcavüzundən ziyan çəkən ailələrlə görüş olub

Hazırda oxunan: Erməni təcavüzundən ziyan çəkən ailələrlə görüş olub

2964

Qadın Sahibkarlar Assosiasiyası (QSA), “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) və “Bakı Tekstil Fabriki” MMC (BTF MMC) cəbhəyanı şəhər və rayonlarımızda yaşayan bir qrup ailəyə 17 noyabr – Milli Dirçəliş Günü münasibəti ilə bayram sovqatı göndərib.

Bizim.Media xəbər verir ki, Vətən Müharibəsi dövründə evləri Ermənistan silahlı qüvvələrinin raket atəşinə məruz qalmış ailələrlə bayramlaşan hər üç qurum, Milli Dirçəliş Gününün qeyd edilməsinin sevincini cəbhəyanı bölgələrdəki sakinlərlə paylaşmağı bir mənəvi borc kimi xarakterizə edib.

Adıkeçən qurumlar ali dövlət rəhbərliyinin namərd düşmənin raket hücumlarından ciddi zərər görmüş ailələrə yüksək diqqət və qayğısını özləri üçün ən yaxşı örnək hesab edir.

QSA, ABAİ İB və BTF MMC rəhbərliyi birgə aksiyaların gələcəkdə də davam etdirilməsini nəzərdə tutur.

Ağanisə Sultan, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin