XİN başçısı Fransa Milli Assambleyasının üzvləri ilə - FOTO

Hazırda oxunan: XİN başçısı Fransa Milli Assambleyasının üzvləri ilə - FOTO

29550

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambleyasının ölkəmizdə səfərdə olan üzvləri ilə görüşüb.

Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib.

Nazir Ceyhun Bayramov qonaqları salamlayıb və həyata keçirilən səfərin bölgədəki vəziyyətlə bağlı dolğun məlumatın əldə edilməsi ilə yanaşı, ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verə biləcəyini qeyd edib.

Bölgədəki cari vəziyyət, xüsusilə də post-münaqişə mərhələsi barədə qarşı tərəfə ətraflı məlumat verən nazir, Milli Assambleya üzvlərinin çoxsaylı suallarını cavablandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Aİ-nin Azərbaycandakı səfiri ilə vidalaşdı


Nazir Ceyhun Bayramov Azərbaycan-Fransa münasibətlərinin cari vəziyyəti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı vəziyyət və bu xüsusda Azərbaycan tərəfindən atılan addımlar, Azərbaycanın sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etdiyi təqdirdə, Ermənistan rəsmi dairələri tərəfindən səsləndirilən revanşist bəyanatlar, habelə sərhəd gərginliyi, delimitasiya və demarkasiya prosesinə başlamaqla bağlı Azərbaycanın mövqeyi, bölgədə insan həyatına başlıca təhdid olan mina məsələsi, azad olunmuş ərazilərin bərpası prosesi və bu prosesdə iştirak edən xarici şirkətlər barəsində qarşı tərəfə məlumat verib.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin