Məşhur rusiyalı müğənni Zivert (Yuliya Zivert) Türkiyədəki konsertinə getməyib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya mətbuatı yayıb.
Mənbə yazır ki, konsert üçün 12 min avroluq beh öncədən ödənilib.
İnsidentin detalları isə sonradan üzə çıxıb. Belə ki, Zivert Bodrum şəhərində konsert verməyə dəvət edilib. O, qrupu ilə Moskvadakı Vnukovo hava limanına gəlib. Ulduzun uçuş üçün hazırlanan xüsusi təyyarəni iki saat gözləməyə hövsələsi çatmayıb və o, komandası ilə geri qayıdıb.
Sənətçinin nümayəndələri isə pulu təşkilatçılara qaytarmayıblar. Hətta onlar bir aydan çoxdur əlaqə saxlamayıblar.
İndi konsertin təşkilatçıları vəkil Aleksandr Dobrovinskiyə müraciət ediblər. O, tərəfləri razı salmağa çalışır.
"İfaçının nümayəndələri ilə danışıqlar aparırıq. Əlbəttə ki, əsas şərt behin tam qaytarılmasıdır, çünki konsert onun günahı ucbatından baş tutmayıb. Digər seçim nə məni, nə də müvəkkilimi qane edir”, deyə vəkil vurğulayıb.
Xatırladaq ki, Yuliya Zivert 2017-ci ildə "Çak" və "Anesteziya" mahnıları ilə məşhurlaşıb, 2018-ci ilin sonunda "Life" trekindən sonra geniş populyarlıq qazanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:17 / 22.07.2021
Zivert Türkiyədəki konsertinə getmədi - 12 min avro behi də qaytarmır
Hazırda oxunan: Zivert Türkiyədəki konsertinə getmədi - 12 min avro behi də qaytarmır
Hazırda oxunan: Zivert Türkiyədəki konsertinə getmədi - 12 min avro behi də qaytarmır
29521
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.