“Cəbrayıl rayonundakı dağıntılar mənə Hiroşima və Naqasakidə gördüklərimi xatırlatdı”.
Bizim.Media xəbər verir ki, bunu “Canal Once” və ABC kanallarının aparıcısı, meksikalı jurnalist Federiko Lamont bildirib.
“Tarixə baxsaq, Dağlıq Qarabağ hər zaman Azərbaycana məxsus olub. Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına çağıran BMT Təhlükəsizlik Şurasının qətnamələri də bunu sübut edir. Mən reallıqları Meksika auditoriyasına çatdırmaq üçün buradayam. Buradayam ki, burada həqiqətən nəyin baş verdiyini, kimin günahkar olduğunu onlara başa salım. Tarix hər şeyə öz qiymətini verir”.
Cəbrayılda yerləşən müsəlman qəbiristanlığında gördüklərimdən sonra kimin günahkar olduğu aydınlaşır.
F.Lamont qeyd edib ki, 1986-cı ildə Xirosimada olarkən reportajlar hazırlayıb və 1945-ci ildə baş vermiş faciəvi hadisələrə həsr olunmuş muzeydə olub:
“Burada gördüklərim mənə Hiroşima və Naqasakidə gördüklərimi xatırlatdı. Yeganə fərq orada atom bombasının partladılması, burada isə insanların insanlığı unutmasındadır. Böyük bir qəbiristanlıq dağıdılıb. İnsanlığı unutmaq olmaz, amma bu halda unudulub”.
Meksikalı jurnalist deyib ki, Ermənistan törətdiklərinə görə cavab verməlidir. Beynəlxalq ictimaiyyət mütləq Ermənistanın cinayətlərini mühakimə etməlidir.
Xatırladaq ki, Cənubi Amerikadan olan jurnalistlərin Azərbaycanın erməni işğalından azad edilmiş rayonlarına səfəri başlayıb. Səfər çərçivəsində onlar Cəbrayıl rayonunda ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqda olublar. (report)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:28 / 22.07.2021
Hiroşima və Naqasakidə olan meksikalı jurnalist: “Cəbrayıl mənə oranı xatırlatdı” - FOTO
Hazırda oxunan: Hiroşima və Naqasakidə olan meksikalı jurnalist: “Cəbrayıl mənə oranı xatırlatdı” - FOTO
Hazırda oxunan: Hiroşima və Naqasakidə olan meksikalı jurnalist: “Cəbrayıl mənə oranı xatırlatdı” - FOTO
0:00
0:00
29500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.