mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi açılıb.
Bizim.Media-ya nazirlikdən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, burda 3 şöbə - baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər və görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün şöbələr fəaliyyət göstərir.
Burada fəaliyyətə başlayan yeni dördüncü şöbə qeyd edilən Milli Fəaliyyət Planına uyğun olaraq yaradılıb.
Məişət zorakılığından zərər çəkmiş şəxslər şöbədə sığınacaqla təmin olunmaqla bərabər, onlara psixo-sosial dəstək və məsləhət yardımı xidməti göstəriləcək.
S.Babayev məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatın operativ əldə olunması və təcili müdaxilə edilərək onların şöbəyə cəlbi məqsədilə “Qaynar xətt”in də tezliklə işə salınacağını deyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:07 / 22.07.2021
Məişət zorakılığından zərər çəkmişlərin sosial reabilitasiyası şöbəsi açıldı - FOTO
Hazırda oxunan: Məişət zorakılığından zərər çəkmişlərin sosial reabilitasiyası şöbəsi açıldı - FOTO
Hazırda oxunan: Məişət zorakılığından zərər çəkmişlərin sosial reabilitasiyası şöbəsi açıldı - FOTO
29494
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.