Yaponiyanın paytaxtı Tokioda Olimpiya oyunlarının keçirilməsini təşkil edənlər və iştirakçılardan daha 12 nəfər koronavirusa yoluxub. Son test nəticələri bunu deməyə əsas verib.
Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, bu haqda informasiya “Tokio-2020”nin təşkilat komitəsinin portalında yer alıb.
İnformasiyada deyilir ki, COVID-ə yoluxanlardan ikisi Olimpiya kəndinin ərazisində qalan əcnəbi idmançılardır.
Koronavirus 5 yapon və olimpiya oyunlarının keçirilməsində iştirak edən 4 xarici ölkə vətəmndaşında da tapılıb.
Daha əvvəl məlumat verilib ki, iyulun 1-dən sonra Olimpiadaya qatılan yapon və xaricilər arasında 81 yoluxma halı qeydə alınıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:22 / 22.07.2021
Tokio Olimpiadasını keçirənlər koronavirusa yoluxub – ŞOK XƏBƏR
Hazırda oxunan: Tokio Olimpiadasını keçirənlər koronavirusa yoluxub – ŞOK XƏBƏR
Hazırda oxunan: Tokio Olimpiadasını keçirənlər koronavirusa yoluxub – ŞOK XƏBƏR
29459
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.