Mərhum Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalov xərçəng xəstəliyindən əziyyət çəkir.
Bizim.Media xəbər verir ki, o, böyrək çatışmazlığından və ağ ciyər xərçəngindən əziyyət çəkir.
6 ildir dializə gedən M.Zeynalov bu barədə "Elgizlə izlə" verilişində də danışıb:
"İki böyrəyim də işləmir. Əgər bir böyrək köçürülsə, bəs edəcək. Müayinələr zamanı ağ ciyər xərçəngi olduğum ortaya çıxdı. İndi bacım və həyat yoldaşım mənə baxır. Onlardan başqa heç kimim yoxdur. Xərçəngə görə müayinədən keçməliyəm. Həmin aparata düşmək isə min manatdır".
Qeyd edək ki, Xalq artistinin oğlu maddi sıxıntı yaşadığını və yardıma ehtiyacı olduğunu dilə gətirib.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
12:05 / 22.07.2021
Xalq artistinin oğlu yardım istəyir – SƏBƏB – VİDEO
Hazırda oxunan: Xalq artistinin oğlu yardım istəyir – SƏBƏB – VİDEO
Hazırda oxunan: Xalq artistinin oğlu yardım istəyir – SƏBƏB – VİDEO
29454
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.