İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək infrastruktur layihələrinə, bərpa və quruculuq işlərinə Türkiyəli iş adamları və onların birlikləri tərəfindən maraq göstərilir.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
KOBİA-dan onu da bildiriblər ki, işğaldan azad olunmuş torpaqlarımızın kənd təsərrüfatı, dağ-mədən sənayesi və turizm imkanları da investorların diqqət mərkəzindədir.
İşğaldan azad edilmiş ərazilərin zəngin təbii sərvətləri, maddi - mədəni irsi, turizm potensialı kimi imkanları barədə isə hazırda xarici investorlara məlumat verilir.
Bunun üçün ölkəmiz Türkiyədə keçiriləcək “MUSİAD Expo 2020” Sərgisində iştirak da edəcək. Sərgidə KOBİA-nın təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” stendi qurulacaq.
Gülşanə Mustafayeva, Bizim.Media