"Yalnız həyat yoldaşımdan çəkinirəm" - Baş məşqçisi "Qarabağ"-dan qorxmadığını deyib

Hazırda oxunan: "Yalnız həyat yoldaşımdan çəkinirəm" - Baş məşqçisi "Qarabağ"-dan qorxmadığını deyib

29401

İsrailin "Aşdod" klubunun baş məşqçisi Ran Ben Şimon Bakıda "Qarabağ" ilə keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransı keçirib. 

Məşqçi “Qarabağ”ı belə dəyərləndirb:

"Rəqib keyfiyyəlti oyun göstərir. Son mövsümü bir xal fərqlə “Neftçi”yə uduzduqlarını bilirik. Yüksək səviyyəli oyunçuları var. Bu komandanın bəzi futbolçuları Azərbaycan millisindədir və yığmanın son illərdəki irəliləyişi hiss olunur. Təbii ki, “Qarabağ”a hörmətlə yanaşırıq".

“Qarabağ”dan çəkinirsiniz" sualıni isə Ran Ben Şimon gülərək belə cavablandırıb:

"Həyatda yalnız həyat yoldaşımdan çəkinirəm. Çünki o, güclü şəxsiyyətdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin