Ermənilər Naxçıvanda təxribat törətmək üçün Rusiyada pul yığır - VİDEO

Hazırda oxunan: Ermənilər Naxçıvanda təxribat törətmək üçün Rusiyada pul yığır - VİDEO

29378

Ermənilər əsgərlərinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribat törətməsi məqsədi ilə hərbi avadanlıqların alınmasına dəstək olmaq üçün insanlardan vəsait toplayırlar.

Bizim.Media xəbər verir ki, bu barədə erməni fəal Mika Badalyan “Telegram” hesabında paylaşım edib.

Vəsaitin yığılması və terror aktının tezləşdirilməsi üçün Rusiyanın “Sberbank” bankında hesab açılıb. Sosial şəbəkələrdə erməni vətəndaşlarına müraciətlər edilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Atəşkəs o zaman pozulmayacaq ki... - ŞƏRTLƏR


Badalyan qısa müddət ərzində 125 min rubl (təxminən 2900 AZN) civarında vəsaitin toplandığını açıqlayıb.

Bu çağırışdan sonra Rusiyada yaşayan azərbaycanlılar “Sberbank”a müraciət edərək Azərbaycan ərazilərinə zərbə vurmaq üçün hərbi avadanlıqların alınması məqsədi ilə vəsaitin toplanmasına icazə verməmələrini tələb ediblər. Həmçinin bildirilib ki, bank hesabında bu məqsədlə vəsait toplamaq Rusiya Federasiyası qanunvericiliyinin pozulmasıdır.

“Sizdən xahiş edirik bank hesabına pul yığılmasının qarşısını almaq istiqamətində təcili tədbirlər görəsiniz.

Rusiya sülhməramlılarının Ermənistan və Azərbaycan arasında sülhü təmin etmək üçün şərait yaratdığı günlərdə belə hadisələrin baş verməsi Rusiya tərəfinin səylərinə kölgə salır”, - deyə müraciətdə bildirilib.

Qeyd edək ki, erməni bloqer Mika Badalyan artıq toplanan vəsaitə hərbi cihazların alındığı və erməni əsgərlərə çatdırıldığı haqda məlumat paylaşıb.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin