Gürcüstanda digər dövlətlərin bayraqlarına zərər vuranlar cəzalandırılacaq.
Bizim.Media xəbər verir ki, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər hazırlanıb.
Qanuna əsasən, dövlət qurumları yaxınlığında yerləşən Avropa İttifaqı (Aİ), beynəlxalq təşkilatlar və ölkənin diplomatik münasibətləri olduğu dövlətlərin bayraqlarına zərər vuran şəxslərə qarşı cərimə tətbiq ediləcək.
Qanun layihəsinin ilkin versiyasına əsasən, bayrağı zədələyən şəxs 1 000 lari həcmində cərimə olunacaq. Eyni şəxs həmin hərəkəti təkrarlayarsa, hakimin qərarı ilə inzibati qaydada həbs oluna bilər.
Sənədin parlamentin növbədənkənar iclaslarında müzakirəsi planlaşdırılır.
Bizim.Media