İtaliyanın cənubunda yerləşən Apuliya vilayətində çimərliklərdən birində baş verən atışma nəticəsində 10 gənc yaralanıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “la Repubblica” nəşri yayıb.
MÖVZU İLƏ BAĞLI:
Futbol matçında atışma: 4 azarkeş öldü
Mənbə yazır ki, hadisə İtaliyanın Taranto şəhərində çimərlikdə gənclərdən ibarət iki qrup arasında qeydə alınıb.
Atışma zamanı hadisə yerində 300-dək adam olub.
Yaralananlar 18-28 yaş arasındadır. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
Bizim.Media