Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutuna professor Əlövsət Quliyev yenidən baş direktor seçilib.
Bizim.Media xəbər verir ki, Ə.Quliyev ötən il AMEA-nın prezidenti Ramiz Mehdiyevin əmriylə işdən çıxarılmış və bu ilin mart ayında məhkəmənin hökmü ilə yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutundakı işinə bərpa olunmuşdu.
MÖVZU İLƏ BAĞLI:
Ramiz Mehdiyev istefa ərizəsini yazıb?
Ötən ayın sonlarında AMEA prezidenti Ramiz Mehdiyevin iştirakı ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutuna baş direktor vəzifəsinə seçkilər keçirilib. Səs çoxluğu ilə Ə.Quliyev 5 il müddətinə İnstitutun baş direktoru vəzifəsinə seçilib. (Qaynarinfo.az)
Bizim.Media