Tokio Olimpiadası ləğv edilə bilər - Təşkilatçılar ANONS verdi

Hazırda oxunan: Tokio Olimpiadası ləğv edilə bilər - Təşkilatçılar ANONS verdi

29298

Tokio Olimpiadasının təşkilatçıları koronovirusla əlaqədar Oyunların ləğvinin mümkünlüyünü istisna etmirlər.

Bizim.Media xəbər verir ki, bu barədə “Tokio-2020”nin təşkilat komitəsinin baş direktoru Toşiro Muto son sutka ərzində oyunlarla əlaqədar daha 10 nəfərin koronavirusa yoluxmasını şərh edərkən deyib.

Ümumilikdə artıq 68 nəfərin virusa yoluxduğunu qeyd edən T.Muto xəstəliyin kəskin artacağı təqdirdə Olimpiya Oyunlarının ləğvinin mümkünlüyünü bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Tokio-2020-nin təşkili Yaponiyaya neçəyə başa gəlib?


“Biz koronavirusa yoluxma hallarının necə dəyişəcəyini əvvəlcədən söyləyə bilmərik. Buna görə də yoluxma sayı kəskin artacağı təqdirdə biz müzakirələri davam etdirəcəyik.

Əldə edilən razılaşmaya görə, koronavirusla əlaqədar vəziyyətdən asılı olaraq biz beştərəfli müzakirələri yenidən davam etdirəcəyik. Hazırda koronavirusa yoluxma sayı həm arta, həm də azala bilər.

Buna görə də biz belə vəziyyət yaranacağı təqdirdə hansı addımları atmalı olduğumuzu düşünürük”, - deyə baş direktor bildirib.

Xatırladaq ki, Olimpiya Oyunlarına iyulun 23-də start veriləcək və yarışlar avqustun 8-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin