2 sərbəst güləşçimiz bürünc medal uğrunda yarışacaq

Hazırda oxunan: 2 sərbəst güləşçimiz bürünc medal uğrunda yarışacaq

29293

Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, ikinci yarış günündə - iyulun 20-də 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Milli komandamızın üzvü Yusif İsparov (45 kq) debütdə erməni güləşçi ilə gərgin keçən görüşdə əzmkar qələbə qazanıb. Ancaq dörddəbir finalda amerikalı rəqib keçilməz olub.
 

MÖVZU İLƏ BAĞLI:

Güləşçimiz dünya çempionatında bürünc medal qazandı


​​​​​​​Rəqib finala yüksəldiyi üçün Y.İsparov təsəlliverici görüşə çıxacaq.

Elman Məmmədov (51 kq) startda Fransa təmsilçisinə qalib gəlib. Ancaq daha sonra İran güləşçisinə uduzub. Rəqib finaladək irəlilədiyi üçün güləşçimiz təsəlliverici görüşə çıxacaq.

Turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edın Abdulrəhman İbrahimov ilk mərhələdə ABŞ təmsilçisindən güclü olub. Növbəti görüşdə isə erməni rəqibini xalçadan məyus yola salıb.

Qazaxıstan idmançısını da üstələyən A.İbrahimov adını yarımfinala yazdırıb. Ancaq güləşçimiz finalın bir addımlığında hindistanlı rəqibinə məğlub olub. Təmsilçimiz bürünc medal uğrunda görüşə çıxacaq.

İlkin Ağayev (71 kq) debütdə türkiyəli həmkarıyla bacarmayıb.

Güləşçimiz Yusif Dursunov (92 kq) isə İsrail güləşçisinə vaxtından əvvəl qalib gəlməklə dünya çempionatına inamlı start verib. Finlandiya idmançısına da eyni aqibəti yaşadan Y.Dursunov yarımfinala yüksəlib. Ancaq güləşçimiz finala bir addım qalmış Türkiyə təmsilçisinə uduzub və bürünc medal uğrunda görüşə çıxacaq.

Bu çəkilərdə təsəlliverici və medal qarşılaşmaları bu gün keçiriləcək.

Qeyd edək ki, yeniyetmə sərbəst güləşçilərin dünya çempionatında Cavid Cavadov (55 kq) bürünc medala sahib olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin