Bayram tətilini Şamaxı və İsmayıllıda keçirənlər - VİDEO

Hazırda oxunan: Bayram tətilini Şamaxı və İsmayıllıda keçirənlər - VİDEO

29238

Bayram ərəfəsində istirahət məkanlarına üz tutanların sayı birə-beş artıb.

Bizim.Media xəbər verir ki, Şamaxı indi ardı-arası kəsilməyən turistləri qəbul edir. Rayonun paytaxta yaxın olması, tarixi və turistik məkanları, ən əsası da təbiəti turistləri cəlb edir.

Şamaxının Pirqulu Dövlət Qoruğu turistlərin istirahəti üçün əlverişli təbiətə malikdir. Bayramla əlaqədar burada olduqca sıxlıq yaşanır.

Bu mövsüm Şamaxının Dəmirçi kəndi də ən çox turist qəbul edən yerlərdən biridir. Burada fəaliyyət göstərən tarixi muzeylər, sənətkarlıq məhəlləsi və bu məhəllədə sərgilənən əl işləri turistlərin kifayət qədər diqqətini çəkə bilir.

İsmayıllının məşhur Lahıc qəsəbəsi də bayramda ən çox ziyarət edilən yerlərdəndir. Qəsəbəyə gələn turist sayı öncəki illərə nisbətən iki dəfə artıb.

Qəsəbədə hotel və mehmanxanalarla yanaşı, fərdi evlər də kirayə verilir. Qonaqların rahat istirahəti üçün evdə hər cür şərait yaradılıb.

Qonaqlara evin hər bir otağı 10-12 manata təklif olunur. Qəsəbədə 80-dən çox kirayə verilən ev var ki, bayramla əlaqədar artıq bütün evlər doludur.

Müşahidələrimiz onu göstərir ki, şimal-qərb bölgəsi öz turizm potensialını bayramda buraya üz tutanlara kifayət qədər nümayiş etdirə biləcək.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin