Olimpiadada iştirak edəcək güləşçimiz son anda sıradan çıxdı

Hazırda oxunan: Olimpiadada iştirak edəcək güləşçimiz son anda sıradan çıxdı

29225

Azərbaycanı Tokio Olimpiadasında təmsil edəcək sərbəst güləşçi Hacımurad Hacıyev ciddi zədə alıb.

Bizim.Media xəbər verir ki, Dağıstan əsilli güləşçi H.Hacıyev məşqdə zədələnib.

Bu səbəbdən onun 74 kq çəki dərəcəsində Azərbaycanı təmsil etməsi imkansız görünür. O, "Instagram" hesabındakı paylaşımında "Hər şey bizim istədiyimiz kimi olmur" yazıb.

Qeyd edək ki, onu bu çəkidə yeniyetmə və gənclər arasında dünya və Avropa çempionumuz Turan Bayramovun əvəzləməsi gözlənilir. Lakin bu dəyişikliyi Ümumdünya Güləş Birliyi təsdiqləməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin