Almaniyalı səfirdən Azərbaycan xalqına TƏBRİK

Hazırda oxunan: Almaniyalı səfirdən Azərbaycan xalqına TƏBRİK

0:00
0:00
29198

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, səfirliyin "Facebook" səhifəsində səfirin təbrik videomüraciəti paylaşılıb.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi


"Alman səfirliyi və öz adımdan Azərbaycanda və digər yerlərdə Qurban bayramını qeyd edən müsəlmanlara ən xoş arzularımı çatdırıram. Keçən ildən fərqli olaraq 2021-ci ildə biz bayramı ailəmiz və dostlarımızla qeyd edə bilirik.

Mən sizə sevinc və sağlamlıq diləyirəm. Empatiya və xeyirxahlıq bu bayramda qeyd olunan dəyərlərdir. Bunlar həmişə dəyərlidir.

Ümid edirəm ki yumşaldılmış atmosferə baxmayaraq, hamınız COVID-19 rejimi bağlı tətbiq olunan xüsusi rejiminin tezliklə aradan qaldırılması üçün lazımi ehtiyat tədbirlərinə əməl edəcəksiniz.

Bir daha Qurban bayramınız mübarək", - almaniyalı diplomat bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin