Pakistanda avtobus qəzasında ölənlərin sayı 33 nəfərə çatdı

Hazırda oxunan: Pakistanda avtobus qəzasında ölənlərin sayı 33 nəfərə çatdı

29194

Pakistanın Pəncab əyalətinin Dera Qazi-Xan şəhərində avtobus ilə treylerin toqquşması nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb, 60-dan çox adamın yayralandığı bildirilir.

Bizim.Media Pakistan mətbuatına istinadla xəbər verir ki, yaralılaların çoxunun vəziyyəti ağırdır. Ölənlərin təxminən yarısı qadın və uşaqlardır.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Pəncab əyalətində baş verən avtobus qəzası ilə bağlı dünən Pakistan xalqına başsağlığı verib.

Nazir bununla bağlı “Twitter” hesabında paylaşım edib. Qeyd edib ki, Pəncab əyalətində baş verən dəhşətli avtobus qəzası ilə bağlı xəbərlər Azərbaycanı çox kədərləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin