Oğlunu alça ağacının altında dəfn edən ağdamlı 28 il sonra məzarı tapdımı? - VİDEO

Hazırda oxunan: Oğlunu alça ağacının altında dəfn edən ağdamlı 28 il sonra məzarı tapdımı? - VİDEO

29185

O, Ağdamın Sarıcalı kənd sakini Xəqani Əliyevdir. 1993-cü il iyulun 23-də ermənilərin Ağdama növbəti hücumundan xəbər tutub, kəndi tərk etməyən valideynlərini müvəqqəti təhlükəsiz əraziyə çıxartmaq üçün evinə yollanan Xəqani Əliyev.

Xəqani iyulun 24-də səhərə yaxın öz avtomobili ilə Ağdama daxil olanda rastlaşdığı hərbçiləri Azərbaycan Milli Ordusunun əsgərləri zənn edir. Bir neçə dəqiqə keçməmiş avtomobili atəşə tutulanda, onunla gələn qaynatası və 7 yaşlı oğlu düşmən gülləsinə qurban gedəndə şəhərinin işğal edildiyinin, sağ qalan kiçik oğlu ilə birlikdə ermənilərə girov düşdüyünün fərqinə varır.

Qaynatasını atəşə tutulduqları yolun kənarında, oğlunu isə doğma həyətində, uşağın çox sevdiyi alça ağacının altında dəfn edir.

Bizim.Media xəbər verir ki, İctimai Televiziyanın hazırladığı "Alça ağacının altındakı məzar" sənədli filmində isə 28 il öncə oğlunu öz həyətində torpağa tapşıran gənc ata ahıl yaşlarında doğma yurduna səfər edib, övladının məzarını axtarır.

30 ilə yaxın davam edən işğal zamanı kənddə daş daş üstündə qalmamış, evlər sökülmüş, ağaclar məhv edilmişdir.

Belə bir vəziyyətlə qarşılaşan Xəqani doğma həyətini yerini müəyyən edə biləcəkmi? Bütün nişanəsi dağıdılan məzarın izini tapmaq mümkün olacaqmı?

Bu sualların cavabını Ağdamın işğalından 28 il keçdiyi bir tarixdə - iyulun 23-də, saat 21:00-da İctimai Televiziyada efirə gedəcək Vüsalə Məmmədovanın "Alça ağacının altındakı məzar" filmində tapa bilərsiniz.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin