Zəngilanın Ağalı kənd sakinləri öz yurdlarında qurban kəsdilər - FOTO

Hazırda oxunan: Zəngilanın Ağalı kənd sakinləri öz yurdlarında qurban kəsdilər - FOTO

29182

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində tikinti-quruculuq işləri davam edir. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə bir qrup Ağalı kənd sakini öz doğma kəndlərinə gələrək burada görülən işlərlə tanış olublar. Azad edilmiş ərazilərdə salınan ilk “Ağıllı kənd”in sakinləri olmaqdan qürur hissi keçirən vətəndaşlar tezliklə kəndə qayıtmaq, burada həmişəlik yaşamaq niyyətində olduğunu bildiriblər.

Kənd Təsərrüfat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Ağalı sakinlərinin 28 il sonra öz kəndlərinə gəlişi Qurban bayramına təsadüf edib.

Kənd sakinləri bu il niyyət etdikləri qurbanları Ağalının mərkəzi meydanında kəsiblər.

Qurbanlıqlar kəsildikdən sonra sakinlər daha bir arzularına çatıblar. Onlar doğma yurdlarında ilk dəfə yemək bişirib, süfrə açıb, Qurban bayramını qeyd ediblər.

Kənd icra nümayəndəsi Gəray Hüseynov qeyd edib ki, Ağalı sakinləri sevinc hissi ilə öz kəndlərinə qayıtmağa hazırlaşırlar:

“Ağalı camaatı əhd etmişdi ki, torpaqlarımız işğaldan azad olunsun, gəlib öz qurbanlarımızı kəndimizdə kəsək. Şükürlər olsun ki, bu bizə nəsib oldu, camaatımız istəklərinə nail oldu. Sakinlərimiz Cocuq Mərcanlıdan bura qədər göz yaşı tökərək gəliblər, amma bu, sevinc göz yaşları idi. Onlar gələn kimi ilk olaraq əyilib bu torpaqdan öpdülər. Dedilər Şükürlər olsun ki biz bu gün Ağalı kəndinə qayıtmışıq. Onlar gəlib bu layihəni görəndən sonra, bu evləri görəndən sonra sevinclərinin həddi hüdudu olmadı”.

Qeyd edək ki, aprelin 26-da Zəngilan rayonunu Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə azad olunmuş ərazilərdə salınacaq ilk “Ağıllı kənd”in təməli qoyulub.

Bununla da ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin