Avstraliyalı basketbolçu Liz Kembridc 23 iyul-8 avqust tarixlərində keçiriləcək Olimpiya Oyunlarına qatılmayacaq.
Bizim.Media sportinfo-ya istinadla xəbər verir ki, o, imtina etməsinin səbəbini qeyri-sabit psixoloji vəziyyəti ilə əlaqələndirib.
“Son bir ayda həyəcandan nə yata, nə də yeyə bilmişəm. Özümü bilirəm. Hamının Avstraliya heyətində görməsinə layiq olan Liz ola bilmərəm. Ən azından hələ ki”, - deyə o “Instagram” hesabında yazıb.
İdmançı postun altında rəy bölməsini bağlayıb.
O, həyatdakı ən böyük xəyallarından birinin əsas beynəlxalq startda qızıl medal qazanmaq olduğunu da qeyd edib. Ancaq psixoloji və fiziki vəziyyəti buna imkan vermir.
29 yaşlı basketbolçu öz qərarına görə “ürəyinin parçaladığını” deyir. Lakin komandasını pis vəziyyətdə qoymaq istəmir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
04:20 / 20.07.2021
“Ürəyim parçalanır” - Vəziyyəti heç yaxşı deyil
Hazırda oxunan: “Ürəyim parçalanır” - Vəziyyəti heç yaxşı deyil
Hazırda oxunan: “Ürəyim parçalanır” - Vəziyyəti heç yaxşı deyil
29147
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.