Çindən ABŞ-a sərt xəbərdarlıq: “Dərhal blokadaları qaldırın...”

Hazırda oxunan: Çindən ABŞ-a sərt xəbərdarlıq: “Dərhal blokadaları qaldırın...”

0:00
0:00
29095

Çin Xarici İşlər Nazirliyinin sözcüsü Zao Lician rəsmi Vaşinqtondan Kubaya tətbiq olunan blokadanın dərhal və tam şəkildə qaldırılmasını tələb edib.

Bizim.Media “ria.ru”-ya istinadən xəbər verir ki, mətbuat katibi iyunun 19-da keçirilən brifinqdə bu barədə fikirlərini səsləndirib.

“Çin hər zaman, bütün ölkələrin öz sosial sistemini və inkişaf yolunu müstəqil formada seçmək hüququna hörmətlə yanaşmağı zəruri hesab edib. Biz Kubanın seçdiyi yolu dəstəkləyir, eyni zamanda ölkənin daxili işlərinə müdaxiləni qətiyyətlə pisləyirik”,- deyə çinli diplomat bildirib.

Xarici İşlər Nazirliyinin spikeri çıxışı zamanı Ağ Ev-ə nato verməyi də unutmayıb:

“ABŞ-ı Kubada olan mühasirəni dərhal ləğv etməyə çağırırıq. Ümid edirik ki, Vaşinqton Havana ilə münasibətlərini BMT nizamnamələrinə uyğun şəkildə, beynəlxalq hüququn tələb etdiyi formada təşkil edəcək”.

Qeyd edək ki, iyulun 11-də Kubanın bir sıra şəhərlərində hökumət əleyhinə etiraz aksiyaları keçirilib.

Rəsmi Havana isə sözügedən hadisələrdə ABŞ-ı günahlandıraraq, Ağ Evi ölkədə xaos yaratmaqda günahlandırıb.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin