Qurban bayramında nələr GÜNAHDIR? – İlahiyyatçıdan CAVAB

Hazırda oxunan: Qurban bayramında nələr GÜNAHDIR? – İlahiyyatçıdan CAVAB

29086

İslam dünyasının ən müqəddəs günlərindən sayılan Qurban bayramı digər müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi olaraq qeyd olunur. İyulun 20-si və 21-də Azərbaycanda Qurban bayramıdır. Qurban kəsmək Allaha yaxınlıq, xeyirxahlıq və mərhəmət etmək deməkdir.

Amma bu müqəddəs bayramın günah sayılan əməlləri də var.
 

MÖVZU İLƏ BAĞLI:

Qurban bayramında bu ünvanlarda heyvan kəsiləcək – SİYAHI


Tanınmış ilahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında deyib ki, Qurban bir ibadət növüdür və qurban kəsən adam mütləq namaz qılmalıdır:

“Fəqət bununla yanaşı namaz qılmayan adam da qurban kəsə bilər. Amma bu ona bənzyir ki, Allahın bir əmrini yerinə yetirir, digərini rədd edir. Bunun da qəbul olub olmaması artıq Allaha aiddir. Qurbanın sosial mahiyyəti ondan ibarətdir ki, kasıb insanlar da heç olmasa ildə bir dəfə ət yesinlər. Yoxsa qurban kəsənlər ət payını da ancaq varlı yaxınlarına verəcəklərsə, bu qurban kəsmək yox, ət alışması sayılır”.

İlahiyyatçı Qurban bayramında nələrin günah olduğuna da toxunub:

“Alına qan sürtmək, qəbiristanlıqda, pirdə qurban kəsmək, heyvanın içalatını yola atmaq, əti ancaq özü və ailəsi üçün götürmək, başqalarına verməmək, xəstə heyvanı kəsmək günahdır. Bundan əlavə küçələrdə hamının gözü qarşısında heyvanı şaqqalamaq ibadət və qurban kəsmək yox, vəhşilik, canavarlıqdır. Bu günahdır və uşaqlara psixoloji cəhətdən pis təsir edir, qəddarlıq aşılanır”. 

İlahiyyatçının sözlərinə görə qurban üçün xüsusi qurbangahlar olmalıdır:

“Qurban dəvə, camış, inək, qoyun, keçi kimi heyvanlardan olur. Başqa heyvandan qurban olmaz. Qoyun və keçidən başqa böyük heyvanları birləşib 7 nəfər kəsə bilər. Qurban əti, şəxsin özü, ailəsi üçün bir pay götürəndən sonra ancaq kasıb və fəqir adamlara paylanmalıdır. Verilən pay elə olmalıdır ki, o ailənin bütün üzvlərinə çatsın. Allahın bir əmrini icra edib digər əmrini rədd etmək riyakarlıqdır”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin