Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin deputatı, Azərbaycan cəmiyyətinin təhsil eksperti kimi tanıdığı Etibar Əliyevin jurnalistlər üçün tikilmiş üçüncü binanın şəhid ailələrinə verilməsinə dair fikrinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, o, əvvəlki mənzillərin bölgüsündəki xoşagəlməz halların ciddi müzakirə predmetinə çevrilməsini xatırladıb:
“Müzakirə olunmalıdır ki, gələcəkdə neqativ hallar təkrarlanmasın. Amma gəlin görək, jurnalistlərin mənzillə təminatından nə qədər həmkarımız faydalandı.
MÖVZU İLƏ BAĞLI:
Əflatun Amaşov: “Daha 70-ə yaxın jurnalist vaksinasiya olundu”
Onların içərisində elələri var idi ki, illərdir ömrünü kirayədə keçirmişdi, illərdir sığındığı darısqal mənzildə ümüdsüzlüyə qapılmışdı.
Mənzil şəraitindən övladını evləndirə bilməyənlər yetərincəydi. Etibar Əliyev deyir ki, hazırda 9 mərtəbəli binanın 9-cu mərtəbəsindəki 2 otaqlı mənzildə yaşayır. Bir növ, mənzil şəraitindən gileylənir də demək mümkündür.
Buna bir sözüm yoxdur, Allah köməyi olsun, Allah ona də ürəyi istəyən mənzil şəraiti nəsib etsin. Amma illərini peşəsinə sərf etmiş bir jurnalist dövlətin dəstəyi nəticəsində E.Əliyevdən daha rahat mənzil şəraitinə sahib olacaqsa, bunun nəyi pis ola bilər?”, deyə o, qeyd edib.
Əflatun Amaşovun fikrincə, jurnalistlər üçün inşa edilmiş həm birinci, həm ikinci binadan mənzil sahibinə çevrilənlər sırasında dövlətə və cəmiyyətə xeyir baxımından E.Əliyevdən daha üstün simalar var:
“Hörmətli deputatımız isə elə fon yaradır ki, sanki o binalardan mənzil sahibi olanların, orada yaşayanların heç biri layiqli deyil və buna görə də üçüncü bina jurnalistlərə verilməməlidir. Bu yanaşma yumşaq desəm, düzgün deyil”.
Bizim.Media