Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Bizim.Media xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Füzuli Rayon Polis Şöbəsinin rəisi, polkovnik Xəqani Məmmədov vəzifəsindən azad edilərək, Siyəzən rayon polis şöbəsinə rəis təyin edilib.
MÖVZU İLƏ BAĞLI:
Vilayət Eyvazov Avropa çempionuna vəzifə verdi - FOTO
Nazirin digər əmri ilə Füzuli rayonu Polis şöbəsinə rəis vəzifəsinə isə Zaur Abbasov təyin edilib.
Qeyd edək, Z.Abbasov bu təyinata qədər Füzuli Rayon Polis Şöbəsində rəis müavini olub.
Bizim.Media