Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə iyulun 18-də günorta saatlarında Sabirabad rayonunun Qalaqayın kəndi ərazisindəki Sabir kanalında batan azyaşlının axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
FHN-dən Bizim.Media-ya ildirilib ki, məlumat qəbul edildikdən dərhal sonra nazirliyin müvafiq qüvvələri axtarışlara cəlb olunub.
MÖVZU İLƏ BAĞLI:
Xəzərdə batan şəxslərdən birinin meyiti tapıldı
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, kanalda batan 2015-ci il təvəllüdlü Miriyev Əli Elsevər oğludur.
Ə.Miriyevin meyiti Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilərinin və yerli sakinlərin birgə səyi nəticəsində tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media