Kənddən çıxan prezident - MAYA SANDU

Hazırda oxunan: Kənddən çıxan prezident - MAYA SANDU

2898

Moldovanın yeni seçilən prezidenti Maya Sandu bütün dünyanın diqqət mərkəzindədir. Onun prezident seçilməsi ilə Moldovanı tanımayanlar, harada yerləşdiyini bilməyənlər google-də bu ölkəni və yeni prezidenti “axtarırlar”.

Noyabrın 15-də prezident seçkilərinin ikinci turunda 57,75 faiz səslə qalib olan Maya Sandu kimdir?

Maya Moldovanın kiçik bir kəndində dünyaya gəlib. Yəqin ki, o vaxt heç kimin ağlına gəlməzdi ki, bu kiçik qıza görə düz 48 il sonra dünya Moldova ilə maraqlanacaq.  

O,1972-ci ilin 24 mayında Moldovanın Faleşteyski rayonunun Risipen kəndində anadan olub.

Ölkə mətbuatı yazır ki, uşaqlıqda və məktəb illərində çox sakit, ağıllı, bütün dərslərindən evlərinə “əla” ilə dönən gözəl qız olub.

1994-cü ildə Moldova İqtisadi Təhsil Akademiyasını bitirib. 1998-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq əlaqələr üzrə təhsilini başa vurub.

2010-cu ildə Con F. Kennedi adına Harvard Dövlət İdarəetmə İnstitutunu bitirib.

İlk iş yeri 1994-cü ildə Moldova İqtisadiyyat Nazirliyinin Xarici İqtisadi Əlaqələr Departamenti olub.

Avropa Birliyi və Qara dəniz hövzəsi ölkələri ilə əməkdaşlıq şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb.

1997-ci ildə Beynəlxalq İqtisadi Təşkilatlarla Əməkdaşlıq Baş İdarəsində direktor müavini, 1999-2005-ci illərdə Kişinyovdakı Dünya Bankı ofisində iqtisadçı vəzifəsində çalışıb.

Daha sonra Moldova İqtisadiyyat Nazirliyində Baş İdarə direktoru olub.

2 il Vaşinqtonda Dünya Bankının icraçı direktorunun məsləhətçisi olub.

2012-ci ilin 24 iyulunda Moldovanın təhsil naziri təyin olunan Maya Sandu 2015-ci ilin 30 iyulunda istefa verib.

2019-cu ilin 8 iyununda Moldovanın 13-cü Baş naziri seçilsə də, cəmi bir gün sonra  Konstitusiya məhkəməsi qərarı ləğv edir və yenidən Pavel Filippi vəzifəsinə geri qaytarır. 

Maya 11 ay öncə “Fəaliyyət və Həmrəylik” partiyasını qurub. Prezidentliyə namizədliyini partiyasından irəli sürüb.

İngilis, rumın, rus və ispan dillərini ana dili kimi bilən Maya Sandu Kişinyovda 74 kv.m olan iki otaqlı mənzilində yaşayır, şəxsi avtomobili var, ailəli deyil.

Müsahibələrinin birində prezident seçilərsə kiçik evində qalacağını bildirmişdi. Səbəb kimi dövlətin pulunu xərcləməyəcəyini demişdi. 

Ağanisə Sultan, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin