Polşa Superkubokunda dünən "Legiya" ilə "Rakov" qarşılaşıb.
Bizim.Media xəbər verir ki, Mahir Emrelinin 90+3-cü dəqiqədə vurduğu bərabərlik qolu sayəsində oyunun taleyi penalti zərbələrində həll olunub. Baş məşqçi "nöqtə"yə yaxınlaşmalı olan futbolçulardan biri kimi həmyerlimizi görüb.
Lakin Mahirin vurduğu top dirəyə tuş gəlib. Nəticədə "Legiya" penalti zərbələrinin yekununda məğlub olub.
Hakimin final fitindən sonra Emreli göz yaşlarını saxlaya bilməyib. Futbolçular başına yığılaraq, ona ürək-dirək veriblər. Azarkeşlər isə klubun "feysbuk" səhifəsində millimizin üzvünə bu sözlərlə sahib çıxıblar.
Matuesz Pietrzak: "Heç nə baş verməyib. Mahir Emreli, sən komandamızın əsas parçası olacaqsan. Var uğur, var bəxtsizlik. Bunlar futbolun ayrılmaz hissəsidir. Mahir olmasaydı, penalti zərbələrini də izləməyəcəkdik.
Bu oğlana halaldır. Nəhayət ki, üzləri güldürən transfer gördük. Mahir, biz artıq səni sevirik. Sən ailəmizin bir parçasına çevrilmisən.
Hiss olunur ki, klub üçün ürəyi yanır və məğlubiyyətə görə ağrı çəkir. Legioner belə olmalıdır! Bu centlmen futbolçunu çox bəyənirəm".
Bartek Malasek: "Mahir "Legiya"ya böyük sevinc və uğurlar yaşadacaq. Həmin uğurlar Superkubokdan da vacib olacaq. Hələ indi başlayıb, qolları irəlidədir. Başını dik tut, Emreli"! Lukasz Jakarevski: "Mahir, üzülmə! Sən olmasaydın, penaltilər də olmayacaqdı".
Kamil Pavlik: "Komandaya yeni gəlib, amma hamı onu sevir. Çox yaxşı transferdir".
Szymon Kopical: "Emreli meydanda ən yaxşılardan idi. Bəzi yarımmüdafiəçilərdən fərqli olaraq başını dik tutmalıdır. Sənə üzülmək yaraşmır, Mahir!”.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
11:24 / 18.07.2021
Mahir Emreli penaltini vura bilmədi - göz yaşları tökdü - VİDEO
Hazırda oxunan: Mahir Emreli penaltini vura bilmədi - göz yaşları tökdü - VİDEO
Hazırda oxunan: Mahir Emreli penaltini vura bilmədi - göz yaşları tökdü - VİDEO
28973
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.