FİFA növbəti inqilabi dəyişikliyə hazırlaşır

Hazırda oxunan: FİFA növbəti inqilabi dəyişikliyə hazırlaşır

28949

FİFA futbol qaydalarında daha bir dəyişikliyə hazırlaşır.

Bizim.Media-nın məlumatına görə, qol.az bildirir ki, yeni qayda ilə bağlı testlər U-19-lar arasında “Future of Football Cup” turnirində sınaqdan keçirilir.

Əsas dəyişiklik matçın vaxtı ilə bağlıdır. Sözügedən turnirin oyunları 45 dəqiqəlik iki hissə yox, təmiz 30 dəqiqədən ibarətdir. Yəni oyun dayanan zaman vaxt saxlanılır.

Həmçinin, oyunçu dəyişiklikləri limitsiz həyata keçirilir. Autun əllə deyil, ayaqla meydana daxil edilməsi də təcrübən keçirilir. Sarı vərəqə alan futbolçular 5 dəqiqəlik meydandan kənarlaşdırılır.

Turnirdən sonra FİFA sınaqların nəticələrinə əsasən qiymətləndirmə aparacaq. Bundan sonra yeni qaydaların peşəkar səviyyədə həyata keçirilə biləcəyi müzakirə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin