Paytaxtın Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması, hazırda stasionar müalicə alması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, məsələ ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabından daha bir valideyn zorakılığına məruz qalmış uşaq haqqında paylaşım etmişdi.
O, 5 yaşlı uşağın anası və onun sevgilisi tərəfindən ağır işgəncələrə məruz qaldığını, bədənindəki siqaret izləri, gematomalar, dilinin qoparılması kimi izlərə rast gəlindiyini bildirmişdi.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:18 / 17.07.2021
Prokurorluq dili qoparılan uşaqla bağlı məlumat yaydı
Hazırda oxunan: Prokurorluq dili qoparılan uşaqla bağlı məlumat yaydı
Hazırda oxunan: Prokurorluq dili qoparılan uşaqla bağlı məlumat yaydı
28918
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.