17 iyul tarixində "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində iş günü olacaq.
Bizim.Media bildirir ki, "ASAN xidmət"dən verilən məlumata görə, 18 iyul tarixində vətəndaşlar yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidməti və miqrasiya xidmətləri ilə bağlı hazır sənədlərin götürülməsi üçün saat 10:00-dan 17:00-dək Bakı, Sumqayıt və Gəncədə yerləşən “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
MÖVZU İLƏ BAĞLI:
“ASAN xidmət” bu tarixlərdə İŞLƏMƏYƏCƏK
19, 20, 21 iyul tarixlərində "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
Bizim.Media