“Yalan ayaq tutar yeriməz, deyir atalar... Bizdə isə bəzən yalan ayaq tutur, hətta bir az yeriyir də. Elə bugünkü xəbər kimi... Bəzi saytlarda Fəxrəddin Manafovun xəstəliyi ilə bağlı xəbərlər yayıldı. Yazılanlara görə, nəsə allergik xəstəliyə tutulan aktyor təcili xəstəxanaya yerləşdirilib”
Bizim.Media-nın məlumatına görə, bu sözləri aparıcı Hacı Nuran instaqramda yazıb.
Hacı Nuran bildirib ki, eşitdiyi xəbərdən məyus olub və aktyorla əlaqə saxlayıb.
“Səsi pis gəlmirdi. Evdə idi, istəmədim qanını qaraldım. Səsindən hiss etdim ki, yayılan xəbərlərdən heç məlumatı belə yoxdur. “Gəl, bir çay içək”, - dedi. Getdim, görüşdük. Nəsə sözlü adama oxşadığımı hiss etdi. Gizlədə bilmədim mən də, xeyli güldük. “Görürsən də ay Nuran... Deyəsən, gündəm yoxdur axı” cavabını verdi”.
Bizim.Media