Sülhməramlılar xiyar-pomidor YIĞIMINDA – Onları stimullaşdıran erməni QADINLARI 

Hazırda oxunan: Sülhməramlılar xiyar-pomidor YIĞIMINDA – Onları stimullaşdıran erməni QADINLARI 

28761

Ağdərədəki işlərdən sonra məhsul yığımı tamamlanacaq. Ermənilər isə rus sülhməramlılardan yardım istəməyə davam edirlər. 

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, rus sülhməramlılar ermənilərə meyvə-tərəvəz, taxıl toplanmasında kömək edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Atəş zamanı sülhməramlılar harada olub? – Eyş-işrət, turist bələdçiliyi, yoxsa “stroybat”... 


Daha dəqiq desək, sülhməramlılar arpa-buğda yığımı zamanı da ermənilərlə çiyin-çiyinə dayanırlar.

Hazırda ermənilərin Ağdərə rayonu üzrə kənd təsərrüfatı fəaliyyətinin təhlükəsizliyi təmin olunur:

“Hazırda Ağdərənin Sırxavənd kəndində ermənilərin kənd təsərrüfatı ilə bağlı işlərinin təhlükəsiz şəraitdə aparılması üçün sülhməramlılar vəziyyətə nəzarət edir”, - deyə sülhməramlı kontingentin nümayəndəsi Aleksey Kolesnikov da gülünc açıqlama verib.

Bununla belə, ermənilər gileylənirlər ki, bu region üçün buğda yığımına gec başlanılıb. Çünki 1-2 ay sonra taxılı don vura bilərdi və zəmi bərpa olunmayacaqdı.

Ermənilər bütün yığılan məhsula görə, rus sülhməramlılarına minnətdarlıq edirlər. Onların əsas qorxusu yaxınlıqda yerləşən Azərbaycan postudur. 

Sülhməramlı kontingentin stimullaşdırılması üçün yerli erməni qadınlar xüsusi canfəşanlıq nümayiş etdirirlər. Onlar tarlada işləyən ərlərini buraxıb rus əsgərlərini yedizdirib içizdirilər... 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin