6 ayda istehsal GÜCÜMÜZ - Adambaşına 4 min manata yaxın olub

Hazırda oxunan: 6 ayda istehsal GÜCÜMÜZ - Adambaşına 4 min manata yaxın olub

28760

2021-ci ilin yanvar-iyun aylarında ölkədə 39 915,0 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çoxdur.

Neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,1 faiz artıb. 

ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 3987,6 manata bərabər olub.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin