Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin birinci yarımilində vətəndaş müracətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 90 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.
Qeyd olunan vəsait əmək haqları, işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödənclərdən ibarət olub.
Yanvar-iyun aylarında 15 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub. Görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.
Qeyd olunan hallarla bağlı müvafiq işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunub, onlar Əmək Məcəlləsinin aidiyyəti tələbləri barədə məlumatlandırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 16.07.2021
Araşdırma aparıldı - Gecikdirilmiş 90 min manat işçilərə ödənildi
Hazırda oxunan: Araşdırma aparıldı - Gecikdirilmiş 90 min manat işçilərə ödənildi
Hazırda oxunan: Araşdırma aparıldı - Gecikdirilmiş 90 min manat işçilərə ödənildi
28754
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.