Sənətin ailəsiz qoyduğu sənətçilər – KİMLƏRDİR?

Hazırda oxunan: Sənətin ailəsiz qoyduğu sənətçilər – KİMLƏRDİR?

28743

İncəsənət qurban tələb edir. Bu ifadə sanki bəzi incəsənət insanlarının həyatı üçün biçilib. İnsan bəzən hər işi bir arada balanslaşdırmağa müvəffəq olur. Lakin bəzən həyatda seçim qarşısında qalırsan.

Ya karyera ya da ailə. Maraqlısı odur ki, bu seçim qarşısında çox vaxt qadınlar qalır. Bu zaman kimisi ailəni seçib sevdiyi sənətindən uzalaşır, bəzisi isə sənətini seçib özünü yalnızlığa düçar edir.
 

MÖVZU İLƏ BAĞLI:

“Niyə axı qonararımda kiməsə güzəşt etməliyəm?” – Müğənnilərin toy qiymətləri  


Bizim.Media sənətin ailəsiz qoyduğu sənətçilərlə bağlı kiçik araşdırmanı tədqim edir:

Safura İbrahimova – Mərhum aktirasının övladının olmaması ailəsinin dağılmasının əsas səbəbi olub. Amma sənətdə olması da burada az rol oynamayıb. Özü son müsahibələrindən birində tamaşalardan, məşqlərdən gec gəldiyi üçün həyat yoldaşının onu qısqandığını bildirib. Digər tərəfdən isə sənət adamı ilə ailə qurmasına oğlan evinin əvvəldən də razılığı olmayıbmış.

Rübabə Muradova – İki dəfə ailə qursa da, sənət aləmində ətrafında gəzən dedi-qodular hər iki ailəsinin dağılması ilə nəticələnib. Xanəndə Qulu Əsgərovla səhnəyə çıxaraq, duet oxumasını qəbul edə bilməyən birinci həyat yoldaşı “mən müğənni arvad istəmirəm” deyə açıqca etirazını bildirərək, ondan ayrılıb.

Flora Kərimova - Xalq artisti Flora Kərimova üç dəfə ailə qurub. Əfsuslar olsun ki, onun həyat yoldaşları dünyasını dəyişib. Kərimovanın övladlığa götürdüyü oğlu var. Onun üçüncü evlilikdən Zümrüd adlı bir qızı dünyaya gəlib.

Nübar Novruzova – Sevələn aktrisa Nübar Novruzova da ailəsini sənətinə qurban verən sənətçilərdəndir. Onun Fatimə adında bir qız övladı var. 

Mətanət İsgəndərli – Əmədar artist uzun illər bundan əvvəl həyat yoldaşından ayrılıb. Onun iki övladı var.

Firuzə İbadova – İfaçı bir dəfə ailəli olub və boşanıb. Onun Hülya adlı qızı var.

Müasir sənətçilərə gəlincə:

Məleykə Əsədova –Daha əvvəl ailəli olan iş adamı ilə həyat quran xalq artisti, qızı Gülər anadan olandan sonra boşanıb. Sənətçi uzun müddət bunu ictimaiyyətdən gizli saxlamağa çalışıb.

Roya Ayxan – Bir zamanlar gənclərin diqqət mərkəzində olan, hətta fanklubları yaranan pop müğəninin boşanmasına başqası ilə eşq yaşamasının səbəb olduğu barədə iddialar var. Halbuki iş adamı, “Çudo Peçka” mağazalar şəbəkəsinin məxsus olduğu ailənin təmsilçisi olan

Anar Cəlilov öz ailəsindən imtina edərək, Roya ilə evlənmişdi.

Aygün Kazımova - İlqar adlı bəylə ailəsi dağılan xalq artisti daha sonra rəsmən ailə qurmasa da, məhəbbət məcaralarını ictimaiyyətdən gizləməyə lüzum görməyib. 

Elza Seyidcahan da ailəsi dağılan sənətçilərdəndir. Övladlarının atası Elşənə böyük hörmət bəslədiyini, indi də dostuq münasibətlərinin mövcud olduğunu hər zaman dilinə gətirir.

Nazpəri Dostəliyeva – Xalq artisti 1 dəfə ailə qursa da, bu izdivac uğursuz olub. Onun 2 övladı olub. Lakin bir müddət əvvəl  sənətçinin böyük oğlu Əli Quliyev 41 yaşında ürək çatışmazlığından vəfat edib.

Bu xüsusda araşdırmamız davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin