Neft istehsalçıları RAZILAŞDI - Qiymət UCUZLAŞACAQ?  

Hazırda oxunan: Neft istehsalçıları RAZILAŞDI - Qiymət UCUZLAŞACAQ?  

28706

Nəhayyət ki, uzun sürən toplantı və müzakirələrdən sonra neft hasilatının artımı ilə bağlı kompromis əldə olunub. 

“Bloomberg” agentliyi məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) ilə neft hasilatının baza səviyyəsinin gələn ilin may ayından etibarən gündəlik 3,65 milyon barelə qədər artırılması barədə kompromis əldə edib.

Qeyd edək ki, daha əvvəl BƏƏ-nin gündəlik hasilatın 3,8 milyon barel artrılması təklifi ilə Rusiya və Səudiyyə Ərəbistanı razılaşmırdı.  

Əldə olmuş kompromis nəticəsində OPEC+ müqaviləsinin müddətinin 2022-ci ilin sonuna qədər uzadılması barədə qərar qəbul olunub. Tezliklə yeni iclasın tarixi təyin olunmalıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Ölkədə çıxarılan neft və qazın həcmi açıqlandı


Hasilat artımı ilə bağlı kompromisin əldə olunması neft bazarında qiymətlərə necə təsir edəcək?

İqtisadçı alim Fuad İbrahimov Bizim.Media-ya açıqlamasında bildirib ki, son dövrlər neft qiymətlərinin artımı onu göstərir ki, təlabat artsa da, hasilat çərçivəli şəkildə idarə olunur:

“ABŞ-ın neft məhsulları ehtiyatları ilə bağlı son üç göstəricisinə diqqət yetirsək, azalmanın, defisitin baş verdiyini görərik. Bu da qiymətlərin bahalaşmasına şərait yaradır”.

Fuad İbrahimov deyir ki, hazırda neft bazarında hər hansı bir təhlükə yoxdur:

“Bütün proses danışıqlar çərçivəsindədir. Defisitin aradan qaldırılması üçün addımlar atılır. Neftin qiyməti dayanıqlı şəkildə 74-78 dollar dəhlizinə daxil olub. Qiymətin ucuzlaşması təhlükəsi yoxdur.

Əksinə təlabat artdıqca, bahalaşma baş verə bilər. Hətta bir barel neftin 80 dolları keçmə ehtimalları da çoxdur. Yalnız bir halda – pandemiya ilə bağlı yeni fəsadlar yaranacağı halında təhlükə yarana bilər”. 

Bəs, gələn ilin may ayından sonra – yəni BƏƏ-nin inadı ilə neft hasilatında daha çox artımın baş verməsindən sonra durum necə olacaq? Bazara daha çox neftin çıxarılması ucuzlaşmaya şərait yarada bilərmi?

İqtisadçı bildirib ki, ucuzlaşma o zaman mümkün ola bilər ki, təlabat azalsın:

“Hazırda isə defisit var ki, bu da neftin bahalaşmasına səbəb ola bilər. Bazara daha artıq neftin çıxarılması ancaq defisitin aradan qaldırlmasına yönəlib”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin