"COVİD-19" paspotu olmayan şəxs toy mərasiminə buraxılıb - Bərdədə reyd

Hazırda oxunan: "COVİD-19" paspotu olmayan şəxs toy mərasiminə buraxılıb - Bərdədə reyd

28659

Bərdə Rayon Polis Şöbəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 3 şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı “Ay ulduz”, “Kral” şadlıq saraylarında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmədən toy məclisi təşkil edildiyi və “Nəqşicahan” şadlıq sarayında isə “COVID-19” pasportu olmayan şəxsin toy mərasiminə buraxılması müəyyən edilib.

Qeyd olunan qayda pozuntuları ilə əlaqədar restoran sahiblərinin barəsində inzibati qaydada protokollar tərtib edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin