Şəkinin Kiçik Dəhnə kəndində ərə verildiyi iddia edilən 15 yaşlı qız məsələyə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişində Müşgünaz adlı yeniyetmə ilə telefon bağlantısı yaradılıb.
15 yaşlı Şəki sakini hazırda Bakıda təhsil aldığını söyləyib. Aparıcının “Görüntüdəki mərasim sənə aiddirmı?” sualına isə belə cavab verib:
“Bəli. Amma sadəcə nişan olub, toy yox. İstədim öz həyatım olsun”.
Qız anasının xəstə oldğunu da vurğulayıb.
Bizim.Media