Hesablama Palatası “Azərbaycan” Nəşriyyatında yoxlamalara başladı – Nə baş verir?

Hazırda oxunan: Hesablama Palatası “Azərbaycan” Nəşriyyatında yoxlamalara başladı – Nə baş verir?

28561

Azərbaycan Respublikası Hesablama Palatası "Azərbaycan” Nəşriyyatında audit yoxlamasına start verib.

Bizim.Media Sfera.az-a istinadən xəbər veriri ki, uzun illərdir, heç bir maliyyə yoxlanışına məruz qalmayan "Azərbaycan” Nəşriyyatı ilə bağlı belə bir qərarın verilməsi ehtimal edilən maliyyə yeyintiləri ilə əlaqədardır.

Xatırladaq ki, "Azərbaycan” Nəşriyyatının direktoru sabiq millət vəkili Ağabəy Əsgərovdur. Onun rəhbərlik etdiyi illər ərzində isə nəşriyyatda nəinki hansısa təmir-tikinti işləri aparılmayıb, əksinə bina demək olar ki, baxımsızlıqdan dağılıb, infrastruktur talan edilib.
 
Qəzet-jurnal və onlayn media qurumlarına icarəyə verilən redaksiya otaqları isə bərbad vəziyyətdədir. Kimsə öz maddi hesabına otağını təmir etdiribsə, bu başqa məsələ, amma digər əksər otaqlar uçub, dağılır. Koridorlar, sanitar qovşaqlar isə müharibədən çıxmış məkan təəssüratı yaradır.

Əvəzində isə nəşriyyatın otaqları təyinatından kənar istifadə edilir. Burada stamotoloji klinikadan tutmuş, qızıl alveri edən biznes strukturuna qədər bir çox icarəçiyə rast gəlmək mümkündür. Bütün otaqların icarəyə verilməsinə baxmayaraq, binanın təmiri, heç olmasa qorunması nədənsə Ağabəy Əsgərovun yadına düşmür.
 
Odur ki, Hesablama Palatasının burada yoxlama aparmasından sonra ortaya ciddi maliyyə maxinasiyalarının çıxacağı şübhə doğurmur. Bu isə sözün həqiqi mənasında isə Ağabəy əsgərov üçün son olacaq.

Əldə etdiyimiz məlumatda vurğulanır ki, yoxlamaların nəticəsi bəlli olduqdan sonra "Azərbaycan” Nəşriyyatı ilə bağlı müsbət dəyişikliklərə şahidlik edəcəyik. Belə ki, binanın müasir üslubda təmir olunması və bundan sonra aparıcı media qurumlarının bura cəlb olunması nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin