Zibil yığan maşınların “zibilli” FƏALİYYƏTİ – VİDEOFAKT

Hazırda oxunan: Zibil yığan maşınların “zibilli” FƏALİYYƏTİ – VİDEOFAKT

28558

Bakı sakinlərini narahat edən problemlərdən biri də məişət tullantılarının pik saatlarda daşınması məsələsidir. Bu işlə məşğul olan İcra Hakimiyyətlərinə məxsus zibil maşınlarının pik saatlarda və sıxlıq yaranan zaman küçələrə daxil olması, məişət tullantılarının aparılması zamanı ərazidə dözülməz qoxu, eləcə də çirkabların yaranması vətəndaşları ciddi narahat edir.

Analoji hal bu gün səhər saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanovla Rauf Şahsuvarov küçələrinin kəsişməsində müşahidə edilib. Suraxanı Rayon İcra Hakimiyyətinə məxsus zibil maşınları dayanacaq yaxınlığındakı məişət tullantılarını daşıyaraq, ətrafda iyrənc mənzərə yaradıblar. Həmçinin zibil yığanlar qutuların ətrafına atılmış tullantıları yığmayıblar. 

Bizim.Media əməkdaşının lentə aldığı görüntülərdən məlum olur ki, daşınma səhər saatlarında, yəni pik vaxtda, üstəlik dayancaqda ictimai nəqliyyat gözləyən sərnişinlərin gözü qarşısında baş verib.

Ərazidə olan dözülməz qoxu, ətrafa səpələnmiş zibil parçaları dayanacaqdakı insanlar arasında ciddi narahatlığa və müzakirələrə səbəb olub. 

Təmiz ekoloji şəraitin formalaşdırılması üçün şəhərimizdə tullantıların vaxtlı - vaxtında daşınması vacibdir. Amma nəqliyyatın və gediş-gəlişin intensivləşdiyi bir vaxtda zibil daşıyan maşınların işə başlaması ətrafdakılar tərəfindən heç də yaxşı qarşılanmır. Tullantıların daşınması üçün müəyyən vaxt var ki, bu qaydalara əməl olunmalıdır. 

Ümid edirik ki, Suraxanı Rayon İcra Hakimiyyəti məişət tullantəlarının daşınması ilə bağlı müvafiq saat və qaydaları nəzərə alacaq.

Alçina Amilqızı, Bizim.Media
 

 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin