"Allahdan istəmişəm yoldaşım məndən əvvəl ölsün" - VİDEO

Hazırda oxunan: "Allahdan istəmişəm yoldaşım məndən əvvəl ölsün" - VİDEO

28499

"Allahdan arzulamışam ki, həyat yoldaşım məndən əvvəl ölsün"

Bizim.Media xəbər verir ki,  bu sözləri Əməkdar artist Yusif Mustafayev "Günün sədası" proqramında deyib.

O, proqramda  həyat yoldaşından danışıb: 

"22 yaşımda toy etdim. Amma gəlini evimə gətirə bilmədim. Dedilər ki, 17 yaşı yoxdu, səni həbs edəcəklər. Mən də bir il gözlədim. Allahdan arzulamışam ki, həyat yoldaşım məndən əvvəl ölsün.

Allah onun canını məndən 1 saat qabaq alsın. Onda rahat öləcəm. Məndən sonra ölməsini Allah etməsin. Heç kimə möhtac olmaq istəmirəm.

Bizdə möcüzədir: mənim haram ağrısa, yoldaşımın da o yeri ağrıyır. Allah ağlımı əlimdən almasın. İkinci ailəm olarsa, Allah məni öldürsün. O da, mən də qısqancıq. Evimə qonaq gəlsə, ailəmin üzünü görməz. Bəlkə də bədbəxtçilikdir, amma beləyik".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin