“Məşğulluq marafonu”nun dəstəyi ilə işlə təmin olunanların sayı 160-a çatdı

Hazırda oxunan: “Məşğulluq marafonu”nun dəstəyi ilə işlə təmin olunanların sayı 160-a çatdı

28477

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu” davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulan işəgötürənlərin sayı artıq 250-ə çatıb. Həmin işəgötürənlərdən 75-dövlət, 175-i isə özəl sahə üzrədir.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib. 

Məlumata görə, marafona qoşulan işəgötürənlər tərəfindən e-sistemə daxil edilən vakansiyaların sayı isə 1100-ə çatıb. Təqdim edilən vakansiyalar üzrə şəhid ailələrinin üzvlərinə, müharibədə yaralanmış qazilərimizə iş yerləri ilə təmin olunmaları üçün göndəriş verilir və marafonun dəstəyi ilə artıq 160 nəfər işlə təmin edilib. Onlardan 100 nəfəri qazi, 60 nəfəri isə şəhid ailəsi üzvüdür.

Marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını //dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün //dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin