Qarnınız ağrayır? – Ürəyinizdə problem var - SOS

Hazırda oxunan: Qarnınız ağrayır? – Ürəyinizdə problem var - SOS

0:00
0:00
28450

Ürək xəstəlikləri dünyada ən mühüm sağlamlıq problemlərinin önündə gəlir. Son dövrlərdə, xüsusən, gənclərin infarktdan həyatını itirməsi ciddi narahatlıq doğurur. Rusiyalı mütəxəsslər infarkt və ya insult riskinin yaşının təxminən iki dəfə azaldığını bildiriblər. Artıq 65 yaş deyil, 30-35 yaşda olanlar arasında infarkt baş verir. 

Bizim.Media xəbər verir ki, Rusiya Kardiologiya Cəmiyyətinin vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Yuri Belenkovun fikrincə, infarkta səbəb inkişaf etmiş arterial təzyiqin formaları, hərəkətsiz həyat tərzi və kiloluluqdur.
 

MÖVZU İLƏ BAĞLI:

İnfarktın qurbanı olmamaq üçün bu əlamətlərə DİQQƏT!


Onun sözlərinə görə artıq 15-16 yaşlı gənclərdə kifayət qədər yüksək təzyiq müşahidə olunur. Arterial təzyiq isə miras qalan bir xəstəlikdir”, deyə mütəxəssis bildirib.

O, bildirib ki, ürəyə mənfi təsir göstərən piylənmə, müvafiq xəstəliklərin yaşının azalmasına təsir göstərir:

"Əgər 35 yaşına qədər vəziyyət hansısa bir şəkildə pəhriz və ya təlimlə düzəldilə bilərsə, onda 40-45 yaşlarında, bir qayda olaraq, dərman müalicəsi təklif olunur".

Tibb elmləri namizədi Anna Koreneviç isə 45 yaşında qeyri-adi bir simptomun - qarın ağrısının infarkta səbəb ola biləcəyini söyləyib. Mütəxəssis belə bir ağrı yaşayan insanlara ürək-damar müayinəsindən keçmələrini tövsiyə edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin