“Azəriqaz”ın baş direktoru ona müraciət edən vətəndaşlara zəng edəcək

Hazırda oxunan: “Azəriqaz”ın baş direktoru ona müraciət edən vətəndaşlara zəng edəcək

28409

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” üzərindən ona müraciət edən vətəndaşlarla bundan sonra telefon bağlantısı da quracaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz”ın açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bununla da vətəndaşların problemlərinin daha operativ həllinə çalışılacaq. Artıq neçə gündür ki, bu təşəbbüsə start verilib.

Telefon danışığı zamanı baş direktor müvafiq struktur rəhbərlərini də qrup zənginə qoşaraq ünvanlanan müraciətlərin qısa müddət ərzində həllini tapmasına çalışr, müraciətlərin icrasının nə yerdə olması ilə də maraqlanır, bununla da, struktur rəhbərlərini vətəndaş müraciətlərinə məsuliyyətlə yanaşmağa vadar edir.

"Vətəndaşların problemlərinin daha operativ şəkildə həllini tapması üçün vətəndaşlar bundan sonra gün ərzində ayrı-ayrı saatlarda R. Əliyevin zənglərini qəbul edəcək. Belə zənglər zamanı abunəçilər fikirlərini sərbəst səsləndirməkdən çəkinməsinlər", - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin