Pompeo Türkiyədə  olsa da Ərdoğanla görüşməyəcək

Hazırda oxunan: Pompeo Türkiyədə  olsa da Ərdoğanla görüşməyəcək

2832

ABŞ dövlət katibi Mayk Pompeo Türkiyə liderinin iş qrafikindəki dəyişikliklər səbəbindən respublikaya rəsmi səfəri zamanı  Rəcəb Tayyib Ərdoğanla görüşə bilməyəcək.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin yüksək rütbəli məmurları jurnalistlər üçün keçirilən brifinq zamanı bildirib.

Söhbətin stenoqramı ABŞ-ın xarici siyasət idarəsi tərəfindən yayılıb.

“Biz hamımız - dövlət katibi, Türkiyə rəsmiləri, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və zənn edirəm ki, Prezident Ərdoğan da - razılaşdırılmış görüşlərin həyata keçirilməsini istəyərdik.

''Ancaq nəticədə bu olmadı, çünki Prezident Ərdoğanın cədvəli dəyişdi”, - deyə Dövlət Departamentinin rəsmisi qeyd edib''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin