Tramp İranın uran zavoduna zərbə endirmək istədi

Hazırda oxunan: Tramp İranın uran zavoduna zərbə endirmək istədi

2828

ABŞ prezidenti Donald Trampın ən yaxın müşavirləri İranda uranın zənginləşdirilməsi üçün yaradılmış yeraltı zavoda zərbə endirməyin məqsədəuyğun olmadığına onu inandıra biliblər.

Bizim.Media xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazıb.

Qəzetin yazdığına görə, ötən cümə axşamı Tramp görüşlərin birində müşavirlərindən qarşıdakı həftələrdə İranın əsas nüvə obyektinə qarşı hərəkətə keçmək üçün seçimlərinin olub-olmadığını soruşub.

ABŞ-ın vitse-prezidenti Maykl Pens, dövlət katibi Mayk Pompeo və digərlərinin də daxil olduğu məsləhətçilər qrupu Trampı güc tətbiq etməkdən çəkindiriblər.

Onlar bildiriblər ki, prezidentlik müddətinin son həftələrində İran obyektlərinə endiriləcək zərbə asanlıqla daha geniş qarşıdurmaya çevrilə bilər.

Qəzet qeyd edir ki, İrana endiriləcək zərbə Vaşinqtonla Tehran arasındakı münasibətləri o qədər zəhərləyəcək ki, Co Baydenin söz verdiyi İran atomu üzrə 2015-ci il razılaşmasını bərpa etmək çox çətin olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin