Bu gün vətəndaşların oğrulardan qurtula biləcəyi vacib bir gündür.
Bizim.Media xəbər verir ki, bu fikri növbədənkənar parlament seçkilərində səsvermədə iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında Moldovanın Prezidenti Maya Sandu söyləyib.
Dövlət başçısı moldovalıları seçki məntəqələrinə gəlməyə və yaxın dörd ildə ölkəyə kimin rəhbərlik edəcəyinə qərar verməyə çağırıb.
“Bu seçki siyasətçilərin gücü ilə deyil, xalqın hakimiyyəti ilə bağlıdır. İnsanları özlərinə inanmağa təşviq etmək istəyirəm. Parlament ölkənin pulunu idarə edir, ona görə də etibar etdiyimiz şəxslərə diqqətli olmalıyıq. Növbəti deputatların hansı qanunlara səs verəcəyi seçimimizdən asılıdır”, - deyə Maya Sandu əlavə edib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:00-dan Moldovada növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermə prosesi başlayıb. Səsvermədə seçicilərin aktivliyi müşahidə olunur.
Moldovada erkən parlament seçkilərində 20 partiya, iki siyasi blok və bir müstəqil namizəd iştirak edir. Yerli rəy sorğularına görə, respondentlərin 33 faizi Moldova Prezidenti Maya Sandunun rəhbəri olduğu “Fəaliyyət və Həmrəylik” partiyasına, 19 faizi isə sabiq prezident İqor Dodonun sədri olduğu “Sosialistlər” partiyasına səs verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:43 / 11.07.2021
“Bu gün vətəndaşların oğrulardan qurtula biləcəyi gündür” - Maya Sandu
Hazırda oxunan: “Bu gün vətəndaşların oğrulardan qurtula biləcəyi gündür” - Maya Sandu
Hazırda oxunan: “Bu gün vətəndaşların oğrulardan qurtula biləcəyi gündür” - Maya Sandu
28199
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.