Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski iyulun 9-10-da Şuşada olub.
Bizim.Media xəbər verir ki, o, bu səfərlə bağlı "Twitter" hesabında paylaşım edib.
"Arzular çin oldu! Mən Qarabağın ürəyinə, Azərbaycan xalqının mənəvi paytaxtına - Şuşa şəhərinə səfər etdim. Bu mənim həm Azərbaycanın böyük tarixi və mədəni irsi ilə, həm də azad olunmuş ərazilərdə iri miqyaslı yenidənqurma bərpa işləri ilə ilk tanışlığım oldu!", deyə səfir yazıb.
Ukraynalı səfirin bu paylaşımı erməni izləyicilər arasında aqressiya yaradıb.
Onlar həm səfiri təhqir edən, həm də Ukrayna münaqişəsi və Krımın işğalının haqlı olduğuna dair şərhlər yazıblar.
Xatırladaq ki, iyulun 9-10-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri Füzuli və Şuşaya səfər edib.
Bizim.Media
Dream comes true! I visited the city of #Shusha, the heart of #Karabakh and the spiritual capital of??people!This is both the first acquaintance with the great historical & cultural heritage of??as well as large-scale reconstruction projects of liberated territories. pic.twitter.com/6XzhJ10fV3
— Vladyslav Kanevskyi (@V_Kanevskyi) July 10, 2021